Xəzər Xəbər

Uğurcan Çakır karyerasını İtaliyada davam etdirə bilər

"İnter" Türkiyə millisinin qapıçısı üçün klub prezidentinə müraciət etdi
İdman | 14:04 • 3 May 2021
Uğurcan Çakır karyerasını İtaliyada davam etdirə bilər

Türkiyə millisinin və "Trabzonspor" klubunun qapıçısı Uğurcan Çakır karyerasını İtaliyada davam etdirə bilər.

"Sporx" nəşri xəbər verir ki, yeni çempion "İnter" 25 yaşlı qolkiperi heyətinə qatmaq istəyir.

Klub rəhbərliyi Qara dəniz təmsilçisinin prezidenti Ahmet Ağaoğlu ilə əlaqə yaradıb. Onlar Ağaoğlunun Çakırı satıb-satmayacaqları ilə bağlı fikrini soruşub. "Trabzonspor"un rəhbəri təklifləri dəyərləndirəcəklərini bildirib.

Funksioner bu məsələ ilə bağlı İtaliya mətbuatına da açıqlama verib. Ağaoğlu hazırda hansısa klubla razılaşmadıqlarını və onun Türkiyənin ən yaxşı qapıçısı olduğunu söyləyib.

Qeyd edək ki, Uğurcan Çakır 2014-cü ildən "Trabzonspor"un əsas komandasında çıxış edir.

Xəbər lenti