Xəzər Xəbər

Avropa çempionatının kuboku Bakıya gətiriləcək

İdman | 13:33 • 3 May 2021
Avropa çempionatının kuboku Bakıya gətiriləcək

Futbol üzrə Avropa çempionatının kuboku Bakıya gətiriləcək.

XəzərXəbər bu barədə UEFA-nın saytına istinadən məlumat verir. Qeyd olunur ki, kubok yarışların keçiriləcəyi şəhərlər üzrə tur çərçivəsində mayın 7-8-də Bakıda nümayiş etdiriləcək.

Kubok daha sonra Bakıdan Kopenhagenə yola düşəcək.

Qeyd edək ki, Avro-2020 çərçivəsində Bakıda qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir matçı keçiriləcək.

Yarımfinal və final matçları Londonda baş tutacaq.

Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçiriləcək.

Xəbər lenti