İngiltərənin baş naziri Boris Conson yeni yaradılan Avropa Superliqası ilə bağlı sərt addımlar atacaqlarını söyləyib.
Conson Superliqaya qatılmaq istəyən İngiltərə klublarına qarşı qanun qəbul edəcəklərini bildirib: “Qəbul olunacaq bu qanunla vəziyyətin qarşısını alacağıq. İngiltərədə Superliqa oyununun keçirilməsinə qadağa qoyulacaq”.
Qeyd edək ki, Superliqada İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem” klublarının iştirakı təsdiqlənib.