Xəzər Xəbər

Avrokubok mövsümü başa çatdırılacaq

İdman | 15:54 • 20 Aprel 2021
Avrokubok mövsümü başa çatdırılacaq

Çempionlar Liqasının və Avropa Liqasının cari mövsümdəki yarımfinal oyunları təqvimə uyğun şəkildə keçiriləcək.

ESPN-nin məlumatına görə, Superliqa klublarını turnirdən kənarlaşdırmaqla hədələyən UEFA belə sərt cəzaya əl atmayacaq.

Çempionlar Liqasının yarımfinalında oynayacaq komandalardan üçü – “Çelsi”, “Mançester Siti” və “Real”, Avropa Liqasında mübarizəni davam etdirənlərin ikisi – “Arsenal”la “Mançester Yunayted” Superliqaya qatılan klublardır. Daha öncə onların avrokuboklardan dərhal kənarlaşdırılacağı və mümkün variantlar müzakirə olunurdu./Apasport.az

Xəbər lenti