Xəzər Xəbər

Dünya çempionatında yarımfinalçıların tam siyahısı bəlli olub

İdman | 14:29 • 20 Aprel 2021
Dünya çempionatında yarımfinalçıların tam siyahısı bəlli olub

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya çempionatında yarımfinalçıların tam siyahısı bəlli olub.

Bununla da mundialda mükafatı təmin edən idmançıların adları müəyyənləşib. Oğlanların mübarizəsində 10 dəst mükafat 17 ölkə boksçuları arasında sahibini tapacaq. Bunların arasında Azərbaycan da var. Belə ki, 49 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan millisinin üzvü Nicat Hüseynov yarımfinalçılar siyahısında yer alıb. Ölkəmiz oğlanların yarışındakı ümumi medal sayında 8-17-ci yerləri bölüşən 10 yığmadan biridir.

Turnir cədvəlinə isə Rusiya başçılıq edir (7 medal). Qazaxıstan və Ukraynanın hərəsinin 5 mükafatı var.

Azərbaycanın 9 təmsilçisinin qatıldığı dünya birinciliyində 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçu iştirak edir və yarış aprelin 23-dək davam edəcək.

Xəbər lenti