Xəzər Xəbər

UEFA prezidentindən şok etiraf: Qalatasaray"a ehtiyacımız var

İdman | 14:33 • 20 Aprel 2021
UEFA prezidentindən şok etiraf: Qalatasaray"a ehtiyacımız var
UEFA prezidenti Aleksander Ceferin maraqlı açıqlamalar verib.
 
O yeni yaradılan Superliqa haqqında danışıb. Ceferin liqanı yaradan klublara müraciət edib: 
 
"Cənablar, siz böyük bir səhv etdiniz. Bəzilərinə görə bu acgözlükdür, digərlərinə görə isə eqodur. Hələ gec deyil və fikir dəyişdirmək üçün zaman var. Hər kəs səhvlər edə bilir". 
 
UEFA prezidenti liqaya qatılmayan klublara təşəkkür edib və onlara hər zaman dəstək olacaqlarını bildirib: 
 
"UEFA olaraq "Atalanta", "Seltik", "Rangers", "Dinamo Zagreb" və "Qalatasaray"a ehtiyacımız var. Hər kəs bir şansı olduğunu bilməlidir. Xəyalları qorumalıyıq". 
 
O həmçinin İngiltərə klublarına da müraciət edib: 
 
"İngilis klubları, ağlınızı başınıza yığın! Futbol sevgisini bir kənara qoyuram, çoxunuzda bunun olduğunu belə zənn etmirəm. Lakin futbola sevgisi olan insanlara qarşı hörmətinizi qoruyun!".

Xəbər lenti