Xəzər Xəbər

Florentino Peres UEFA-nın təhdidlərinə cavab verdi!

İdman | 11:11 • 20 Aprel 2021
Florentino Peres UEFA-nın təhdidlərinə cavab verdi!

"Real"ın və Avropa Super Liqasının prezidenti Florentino Peres yeni yaradılan liqadan bəhs edib.

İspaniya telekanalı "El Chiringuito"ya danışan 74 yaşlı funksioner Super Liqanın maliyyə cəhətdən komandalara yardım edəcəyini açıqlayıb:

"Son dönəmdə böyük klublar çox pul itirdi və pis duruma düşdü. Belə anlarda çıxış yolu tapmalısınız. "Real" son 2 ildə 400 milyon avro ziyana düşüb. Avropa Super Liqası maliyyə cəhətdən klubları gücləndirəcək. Rəqabətçi ortam ilə daha çox pul qazanacağıq.

Super Liqanın yaradılmasının əsəs məqsədi dünya futbolunu xilas etməkdir. Bunu futbolu xilas etmək üçün edirik, özümüz üçün yox.

Fransanın PSJ komandasını və Almaniya klublarını hələ dəvət etməmişik. Hazırda liqada 12 komanda var, amma onların sayını 15-ə çatdırmaq istəyirik. PSJ və ya "Bavariya" təklifi rədd edərsə, turniri ləğv etməyəcəyik".

"Bütün Superliqa klublarının futbolçuları AVRO-2020 və DÇ-2022-dən kənarlaşdırılmayacaq. Buna 100 faiz əmin ola bilərlər. Superliqa klubları milli liqalardan da kənarlaşdırılmayacaq. Bizi qoruyan qanunlar var.

Peres UEFA-nın prezidenti Aleksander Çeferinin Andrea Anyellini "ilan" adlanırması məsələsinə toxunub:

"Çeferin Andrea Anyellini təhqir etdi, bu qəbul olunmazdır. "Yuventus" kimi klubun prezidenti barədə belə danışmaq dəlilikdir. Qəbuledilməzdir. UEFA dəyişməlidir, biz başqa prezidentləri tənhqir edən prezident istəmirik. Niyə UEFA və La Liqa maaşları açıq göstərilmir? Niyə başqalarında olduğu kimi maaşlar pandemiya dönəmində azaldılmadı? Bizə şəffaflıq lazımdır. Biz Lebron Ceymsin maaşını bilirik, amma bilmirik ki, UEFA prezidenti nə qədər qazanır"./Offsideplus.az

Xəbər lenti