Xəzər Xəbər

İran televiziyası qadın hakimə görə Premyer Liqa matçının yayımını 100 dəfədən çox kəsdi

İdman | 16:12 • 15 Aprel 2021
İran televiziyası qadın hakimə görə Premyer Liqa matçının yayımını 100 dəfədən çox kəsdi

İran televiziyası qadın hakimə görə İngiltərə Premyer Liqasının “Tottenhem” – “Mançester Yunayted” matçının yayımını 100 dəfədən çox kəsib.

Sports.ru məlumat verir ki, 1:3 hesabıyla bitən matçın yan xətt hakimi xanım Şon Messi olub.

Onun qısa şort geyinməsi isə matçı yayımlayan dövlət televiziyasını belə addım atmağa sövq edib.

Ekranda xanım hakim göründüyü zaman telekanal yayıma ara verərək, “Tottenhem”in stadionunun panoramlı görüntülərini nümayiş etdirib.

Xəbər lenti