Xəzər Xəbər

"Milan", "Roma" və "Borussiya" 21 yaşlı futbolçu üçün növbədə dayandı

İdman | 14:41 • 15 Aprel 2021
"Milan", "Roma" və "Borussiya" 21 yaşlı futbolçu üçün növbədə dayandı

Aparıcı klublar "Fiorentina"nın futbolçusunu transfer etmək uğrunda mübarizə aparır.

"La Gazzetta dello Sport" xəbər verir ki, Duşan Vlahoviçlə İtaliya və Almaniya klubları yaxından maraqlanır. Belə ki, "Milan" və "Roma", eləcə də Dortmund "Borussiya"sı 21 yaşlı serblə güclənmək niyyətindədir. "Fiorentina" ilə 2023-cü ilə qədər müqaviləsi olan hücumçunun dəyəri 25 milyon avrodur.

Qeyd edək ki, Vlahoviç cari mövsümdə meydana çıxdığı 32 oyunda 15 qol vurub, 2 məhsuldar ötürmə verib. /Offsideplus.az 

Xəbər lenti