Xəzər Xəbər

Avropa Liqasında yarımfinalçılar bəlli olur

İdman | 09:52 • 15 Aprel 2021
Avropa Liqasında yarımfinalçılar bəlli olur

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab görüşləri keçiriləcək.

Eyni gündə oynanılacaq cavab qarşılaşmalarından sonra yarımfinala vəsiqələrin sahibləri bəlli olacaq.

Gecənin maraqlı oyunlarından biri İtaliyada baş tutacaq. Niderlandda "Ayaks"a 2:1 hesabı ilə qalib gəlmiş "Roma" cavab qarşılaşmasında üstünlüyünü qorumağa çalışacaq.

"Mançester Yunayted" İngiltərədə İspaniya "Qranada"sını sınağa çəkəcək. İlk görüşdə 2:0 hesablı qələbə qazanmış "qırmızı şeytanlar" cütün taleyini demək olar ki, həll ediblər.

"Qarabağ"la eyni qrupda mübarizə aparmış İspaniya "Vilyarreal"ının da yarımfinala adlamaq üçün yaxşı şansı var. Xorvatiyada Zaqreb "Dinamo"sunu minimal hesabla məğlub etmiş La Liqa təmsilçisinə evdə heç-heçə də sərf edəcək.

İngiltərənin "Arsenal" klubu isə Çexiyada Praqa "Slaviya"sı ilə üz-üzə gələcək. Londondakı qarşılaşmada qələbəni son saniyələrdə əldən vermiş "topçular" mərhələni keçmək üçün səfərdə ən azı 2 qollu heç-heçə etməlidirlər.

UEFA Avropa Liqası

1/4 final, cavab oyunları

15 aprel

23:00. "Vilyarreal" (İspaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

İlk oyun - 1:0

23:00. "Roma" (İtaliya) - "Ayaks" (Niderland)

İlk oyun - 2:1

23:00. "Slaviya" (Praqa, Çexiya) - "Arsenal" (İngiltərə)

İlk oyun - 1:1

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Qranada" (İspaniya)

İlk oyun - 2:0

Qeyd edək ki, yarımfinal qarşılaşmaları 29 aprel - 6 mayda olacaq.

Xəbər lenti