Xəzər Xəbər

Çempionlar Liqası: Yarımfinalın son iştirakçıları bəlli olur

İdman | 09:43 • 14 Aprel 2021
Çempionlar Liqası: Yarımfinalın son iştirakçıları bəlli olur

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Son oyun günündə gerçəkləşəcək 2 qarşılaşmadan sonra yarımfinalın bütün iştirakçıları müəyyənləşəcək.

İngiltərədəki ilk matçda "Mançester Siti"yə 1:2 hesabı ilə uduzan Almaniyanın "Borussiya" (Dortmund) klubu bu dəfə rəqibi ilə doğma meydanda üz-üzə gələcək. Bu oyunda "şəhərlilər"i növbətə mərhələyə çıxmaq üçün istənilən heç-heçə qanə edəcək.

Dortmund təmsilçisi isə mübarizəni davam etdirmək üçün mütləq qələbə qazanmalıdır. Meydan sahiblərinin heyətində Dan-Aksel Zaqadu zədə səbəbindən oynaya bilməyəcək. Qonaqlarda isə Emerik Lyaport və Serxio Aqueronun meydana çıxıb-çıxmayacağı sual altındadır.

Gecənin digər oyunu İngiltərədə "Liverpul"la İspaniya "Real Madrid"i arasında olacaq. Madriddəki ilk qarşılaşmada rəqibini 3:1 hesabı ilə məğlub edən "kral klubu" üstünlüyünü qorumağa çalışacaq. Mersisaydlılar isə həmin məğlubiyyətin əvəzini çıxmaq niyyətindədirlər. Premyer Liqa təmilçisində Vircil van Deyk, Co Qomes və Cordan Henderson zədəlidir. Qonaqlarda isə itkilərin sayı daha çoxdur. Zədədən əziyyət çəkən Eden Azar, Rafael Varan, Dani Karvahal və Lukas Vaskesdən başqa, koronavirusa yoluxan kapitan Serxio Ramos "Liverpul"la matçı buraxacaq.

UEFA Çempionlar Liqası, 1/4 final

Cavab oyunları

23:00. "Borussiya" Dortmund (Almaniya) - "Mançester Siti" (İngiltərə)

İlk oyun - 1:2

23:00. "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya)

İlk oyun - 1:3

Qeyd edək ki, ötən gün keçirilən matçlardan sonra İngiltərənin "Çelsi" və Fransanın PSJ klubları yarımfinala vəsiqə qazanıblar.

 

Xəbər lenti