Xəzər Xəbər

19 aydan sonra meydana çıxan futbolçu yenidən zədələndi

İdman | 13:35 • 13 Aprel 2021
19 aydan sonra meydana çıxan futbolçu yenidən zədələndi
İngiltərənin "Everton" klubunun futbolçusu Jan-Filipp Qbamen cari mövsüm ilk və sonuncu dəfə meydana çıxıb.
 
25 yaşlı yarımmüdafiəçi Premyer Liqanın XXX turunda "Kristal Pelas"la oyunun 79-cu dəqiqəsində meydana daxil olub.
 
19 ay davam edən zədədən sonra ilk dəfə matça çıxan Qbamen yenidən zədələnib. Onun mövsümü başa vurduğu açıqlanıb.
 
Kot d İvuardan olan futbolçu "Everton"a 2019-cu ildə Almaniyanın "Maynts" klubundan 25 milyon avroya keçmişdi. Qbamen bu klubda cəmi 3 görüşdə iştirak edib.

Xəbər lenti