Xəzər Xəbər

PSJ Mbappenin yerinə üç ulduzdan birini alacaq

İdman | 17:53 • 12 Aprel 2021
PSJ Mbappenin yerinə üç ulduzdan birini alacaq

PSJ hücumçu Kilian Mbappe ilə müqaviləni uzatmaq istəyir, lakin komanda əksi baş verəcəyi halda alternativ variantları da nəzərdən keçirir.

Bu barədə “Telefoot” məlumat yayıb.

Paris klubu ulduz futbolçusunun əvəzinə Lionel Messi, Harri Keyn və ya Məhəmməd Salahı transfer etməyi düşünür.

Qeyd olunur ki, PSJ-nin idman direktoru Leonardo çoxdandır argentinalını komandasında görmək istəyir, Keynin xidmətində isə əvvəllər də onunla çalışan baş məşqçi Maurisio Poçettino maraqlıdır.

Xəbər lenti