Xəzər Xəbər

Haaland üçün çılğın transfer planı: Həftəyə milyon qazanacaq!

İdman | 14:32 • 12 Aprel 2021
Haaland üçün çılğın transfer planı: Həftəyə milyon qazanacaq!

Avropa nəhənglərinin uğrunda mübarizə apardığı Erlinq Haaland futbol tarixinin ən çox qazanan futbolçusu ola bilər.

"Daily Mirror" xəbər verir ki, superagent Mino Rayola 20 yaşlı hücumçu üçün çılğın transfer planı hazırlayır. Belə ki, Haalandı transfer edəcək klub ona həftəlik 1,5 milyon avro maaş ödəmələdir. Bu plan həyata keçərsə, norveçli ulduz illik 60 milyon avro ödənişlə futbol tarixinin ən çox qazanan futbolçusu olacaq.

Transfer dəyəri 180 milyon avro dəyərində olan Erlinq "Siti", "Çelsi", PSJ, "Real" və "Barselona" kimi klubların hədəfindədir.

Qeyd edək ki, Erlinq Haaland bu mövsüm "Borussiya" ilə çıxdığı 34 oyuna 34 qol vurub, 9 assist edib./Offsideplus.az

Xəbər lenti