Xəzər Xəbər

AVRO-2020: Səkkiz şəhər UEFA-ya təminat verdi - RƏSMİ

İdman | 12:14 • 10 Aprel 2021
AVRO-2020: Səkkiz şəhər UEFA-ya təminat verdi - RƏSMİ
AVRO-2020-nin oyunlarına ev sahibliyi edəcək təşkilatçı şəhərlərdən 8-i azarkeşlərlə bağlı UEFA-ya təminat verib.
 
Bu barədə qitə futbol qurumunun rəsmi saytı xəbər yayıb.
 
Onların arasında A qrupunun üç və 1/4 final mərhələsinin bir oyununu qəbul edəcək Bakı şəhəri də var.
 
Digər şəhərlər Sankt-Peterburq (Rusiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka) və Qlazqodur (Şotlandiya).
 
Münhen (Almaniya), Roma (İtaliya), Bilbao (İspaniya) və Dublin (İrlandiya) isə tamaşaçılarla bağlı planlarını aprelin 19-da açıqlayacaqlar. Bu şəhərlərlə bağlı yekun qərar məhz həmin gün qəbul ediləcək./Report

Xəbər lenti