Xəzər Xəbər

Zidan mövsüm sonunda "Real"ı tərk edə bilər

İdman | 10:02 • 10 Aprel 2021
Zidan mövsüm sonunda "Real"ı tərk edə bilər

İspaniyanın "Real" (Madrid) klubunun baş məşqçisi Zinəddin Zidan mövsüm sonunda klubu tərk etməyi düşünür.

Bu barədə İspaniya mətbuatı yazır.

Qeyd olunur ki, 48 yaşlı məşqçi mənəvi baxımdan yorulduğunu bildirib.

Z.Zidan "Real"a 2019-cu ildə baş məşqçi təyin olunub. Bundan əvvəl 2016-2018-ci illərdə də o, kluba rəhbərlik edib.

İspaniya mətbuatı "Real"ın sükanı arxasına Almaniya milli komandasının indiki baş məşqçisi Yoahim Lövün gələ biləcəyini yazır.

Xəbər lenti