Bakı 9 ℃
Xəzər Xəbər
USD 1.7

Mbappe tarixi rekorda imza atdı

İdman | 51 | 09:43 • 8 Aprel 2021
Mbappe  tarixi rekorda imza atdı

UEFA Çempionlar Liqasının 1/4 finalının birinci matçında Almaniyanın "Bavariya" komandası Fransa təmsilçisi "Pari Sen-Jermen"i qəbul edib.

Görüş Münhendə "Alyans Arena" stadionunda keçirilib və qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Qaliblərin heyətində Kilian Mbappe dubl edib, digər qolu isə Markinos vurub. “Bavariya”nın heyətində Erik Şupo-Motinq və Tomas Müller fərqlənib.

UEFA-nın tvitterdəki səhifəsində bildirildiyi kimi, “parislilər”in hücumçusu Kilian Mbappe bu matçda Çempionlar Liqasının rekorduna imza atıb. Fransalı futbolçu tarixdə bir mövsüm çərçivəsində Çempionlar Liqasının 1/8 finalının səfər matçlarında və 1/4 finalında 5 qol vuran ilk oyunçu olub.

Qeyd edək ki, bu, Mbappenin növbəti uğurudur. Daha əvvəl o, Fransa çempionatında özünün 100-cü qolunu vurub və bu, göstəriciyə nail olan ən gənc futbolçu olub.

Çox oxunanlar

Qubadlının Yuxarı Mollu kəndi video
1,013 | 11:28 • 24 Mart 2021