Xəzər Xəbər

AVRO-2020: İspaniya azarkeşlərlə bağlı təminat vermədi

İdman | 09:14 • 8 Aprel 2021
AVRO-2020: İspaniya azarkeşlərlə bağlı təminat vermədi

İspaniya Futbol Federasiyası (RFEF) AVRO-2020-nin Bilbao şəhərində nəzərdə tutulan oyunlarının azarkeşlərin iştirakı ilə keçirilməsini mümkün saymır.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Yerli hökumətin tələbinə əsasən, iyunun 14-dək Bask bölgəsinin sakinlərinin minimum 60 faizi peyvənd olunacağı və yoluxma nisbəti 2 faizdən artıq olmayacağı təqdirdə stadiona tamaşaçılar buraxıla bilər.

Federasiyanın açıqlamasında bu şərtlərin yerinə yetirilmədiyi bildirilib. RFEF-in UEFA-nın çıxaracağı qərara görə məsuliyyət daşımayacağı qeyd olunub.

Daha əvvəl "Reuters" matçların oynanılacağı "San Mames" stadionuna təqribən 13 000 min (ümumi tutumun 25 faizə qədəri) azarkeş cəlb edilə biləcəyini yazıb. Azarkeş tələbi ilə bağlı yekun qərar UEFA-nın 20 aprel Konqresində qəbul ediləcək.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.report

Xəbər lenti