Xəzər Xəbər

Neymar Messiyə görə “Barselona”ya qayıtmaq istəyir

İdman | 15:58 • 5 Aprel 2021
Neymar Messiyə görə “Barselona”ya qayıtmaq istəyir

PSJ-nin braziliyalı hücumçusu Neymar “Barselona”ya qayıda bilər.

Bu barədə “Marca” nəşri məlumat yayıb.

Məlumata əsasən, forvard Leonel Messinin öz klubunda qalacağını əsas gətirərək, PSJ ilə danışıqları dayandırıb.

O, Messi ilə birlikdə oynamaq üçün “Barsa”ya müraciət edib. Neymar katalon klubuna geri qayıtmaq istədiyini bildirib.

Futbolçu və adıçəkilən klublar hələ ki məsələyə münasibət bildirməyiblər.

Xəbər lenti