Xəzər Xəbər

“Real Madrid” “Eibar”ı məğlub edib

İdman | 21:18 • 3 Aprel 2021
“Real Madrid”  “Eibar”ı məğlub edib

Aprelin 3-də futbol üzrə İspaniya La Liqasının 29-cu turunun növbəti oyunu keçirilib.

Xezerxeber.az xəbər verir ki, “kral” klubu “Real Madrid” öz meydanında autsayder “Eibar”ı qəbul edib. Hər hissədə bir qol vuran madridlilər 2:0 hesablı qələbə qazanıb. Zinəddin Zidanın yetirmələrinin heyətində Marko Assensio və Kərim Benzema fərqləniblər.

Bu qələbə sayəsində xal ehtiyatını 63-ə çatdıran “Real Madrid” qismən olsa da, turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Eibar” isə 23 xalla 19-cu yerdə qərarlaşıb.

Xəbər lenti