Xəzər Xəbər

Qattuzonun əvəzinə 4 namizəd var - Sarri, Benitez, Spaletti, Yuriç...

Cennaro Qattuzonun əvəzinə 4 namizəd var.
İdman | 17:49 • 12 Mart 2021
Qattuzonun əvəzinə 4 namizəd var - Sarri, Benitez, Spaletti, Yuriç...

Mövsümün sonunda “Napoli”dən göndəriləcəyi gözlənilən Cennaro Qattuzonun əvəzinə 4 namizəd var.

“La Gazetta dello Sport” xəbər verir ki, bunlar Maurisio Sarri, Rafael Benitez, Luçano Spaletti və İvan Yuriçdir. Sarri və Benitez daha əvvəl də Neapol təmsilçisini çalışdırıb.

 Klub prezidenti Aurelio De Laurentisin bu 4 mütəxəssislə görüşdükdən sonra qərarını verəcəyi bildirilib. İvan Yuriç hazırda "Verona"nı çalışdırır. Digər 3 məşqçi isə işsizdir.

Qeyd edək ki, “Napoli” hazırda A seriyasında 47 xalla 6-cı pillədə qərarlaşıb və lider “İnter”dən 15 xal geri qalır./Qol.az 

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti