Xəzər Xəbər

Qvardiola VAR-ı tənqid etdi

Qvardiola "Sauthempton"la matçdan sonra VAR-ı tənqid edib.
İdman | 22:49 • 11 Mart 2021
Qvardiola VAR-ı tənqid etdi

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 33-cü turunda "Sauthempton"la matçdan (5:2) sonra VAR-ı tənqid edib.

XəzərXəbər qafqazinfo-ya istinadən xəbər verir ki, ispan mütəxəssis görüşün ilk hissəsində Fil Fodenə qarşı kobudluğa görə penalti təyin olunmadığı üçün bu addımı atıb.

"5:2 hesabı ilə qələbə qazandığımız üçün xoşbəxtəm. Amma bu, hesab 1:1 olarkən baş verdi. Hakimlər peşəkardır və hamısı öz işlərini görməlidirlər. Penalti qərarı verməmək heyrətamizdir. Bəlkə bir gün əllə bağlı epizodlarda VAR-ın necə işlədiyini izah edəcəklər. Penalti epizodunu hakim görmür, amma VAR-da görmürsə, deyiləsi söz qalmır" - deyə o bildirib.

Xəbər lenti