Bakı 14 ℃
Xəzər Xəbər
USD 1.7

"Barselona"nın yeni prezidenti Messinin komandadakı gələcək aqibətindən danışdı

İdman | 144 | 17:24 • 8 Mart 2021
"Barselona"nın yeni prezidenti Messinin komandadakı gələcək aqibətindən danışdı

İspaniyanın "Barselona" futbol komandasının prezidenti vəzifəsinə yenidən seçilmiş 58 yaşlı hüquqşünas Joan Laporta argentinalı hücumçu Lionel Messinin komandadakı gələcək fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

"Mən Lionel Messiyə zəng vuracam. Mən Leonu qalmağa inandıra biləcəyəmmi? Bu ondan asılı olacaq, mən onun “Barsa”da qalması üçün öz gücüm və klubun iqtisadi imkanları çərçivəsində hər şeyi edəcəm", - deyə o bildirib.

Qeyd edək ki, Messinin "Barselona" ilə müqaviləsi iyunun 30-da başa çatır. Cari mövsümdə 33 yaşlı hücumçunun komandadakı hesabında 34 matçda 24 qol və 11 məhsuldar ötürmə var.

Çox oxunanlar