Xəzər Xəbər

İspaniya La Liqası: “Real Madrid” son dəqiqələrdə məğlubiyyətdən xilas olub

İdman | 09:20 • 8 Mart 2021
İspaniya La Liqası: “Real Madrid” son dəqiqələrdə məğlubiyyətdən xilas olub

Martın 7-də İspaniya La Liqasının 26-cı turunda Madridin “Atletiko” və “Real” komandaları qarşılaşıblar.

Qarşılaşmada meydan sahiblərinin heyətində Luis Suares oyunun 15-ci dəqiqəsində hesabı açıb. Qonaqlar bu qola matçın sonuna yaxın - 88-ci dəqiqədə Kərim Benzemanın dəqiq zərbəsi ilə cavab veriblər – 1:1.

Beləliklə, 25 turdan sonra 59 xal toplayan “Atletiko” komandası İspaniya çempionatında liderliyini davam etdirir. Onu 56 xalla “Barselona” və 54 xalla “Real Madrid” izləyirlər.

“Atletiko” növbəti turda martın 10-da “Atletik”i (Bilbao) qəbul edəcək. “Real” isə üç gün sonra ev oyununda “Elçe” ilə qarşılaşacaq.

Xəbər lenti