Bakı 20 ℃
Xəzər Xəbər
USD 1.7

Türkiyə Superliqası: turnir cədvəlinə “Beşiktaş” başçılıq edir

İdman | 219 | 09:08 • 7 Mart 2021
Türkiyə Superliqası: turnir cədvəlinə “Beşiktaş” başçılıq edir

Martın 6-da futbol üzrə Türkiyə çempionatının XXIX turunun birinci qarşılaşmasında “Beşiktaş” doğma meydanda “Qaziantep”i qəbul edib.

Xezerxeber.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçiləri rəqiblərini 2:1 hesabı ilə məğlub ediblər. “Beşiktaş”ın qollarının hər ikisini Vinsent Aboubakar vurub. Qonaq komandanın heyətində isə Nouha Dicka fərqlənib.

Günün digər matçında “Dənizlispor” öz meydanında “Yeni Malatyaspor”u 3:2 hesabı ilə udub.

Turun digər matçları isə martın 7 və 8-də keçiriləcək.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 60 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 57 xala malik olan “Qalatasaray”, üçüncü pillədə isə 55 xal toplayan “Fənərbağça” qərarlaşıb.

Çox oxunanlar

Bir həftə iş olmayacaq
308 | 17:16 • 19 Aprel 2021
Qubadlının Yuxarı Mollu kəndi video
1,044 | 11:28 • 24 Mart 2021