Xəzər Xəbər

“Barselona” futbol klubunun sabiq prezidenti həbs edilib

İdman | 17:36 • 1 Mart 2021
“Barselona” futbol klubunun sabiq prezidenti həbs edilib

“Barselona” futbol klubunun sabiq prezidenti Xosep Bartomeu maliyyə və hüquqi pozuntularına yol verməkdə şübhəli bilindiyi üçün həbs olunub.

Xezerxeber.az “AS” nəşrinə istinadla xəbər verir ki, o, vəzifə səlahiyyətlərini aşmaqda və korrupsiya əməllərində ittiham olunur. Klubun ofislərində aparılan axtarışlardan sonra digər şübhəlilərin də həbs olunmasına əsas verən dəlillər aşkarlanıb. X.Bartomeu ilə yanaşı, klubun baş direktoru Oskar Qrau, hüquq departamentinin rəhbəri Roman Qomez Ponti, hakim Aleksandr Xil də saxlanılıb.

Xəbər lenti