Xəzər Xəbər

Kolin Kazım irqçiliyə məruz qaldı

Türkiyə millisinin sabiq futbolçusu İngiltərədə irqçiliklə üzləşdi.
İdman | 11:29 • 1 Mart 2021
Kolin Kazım irqçiliyə məruz qaldı

İngiltərənin "Derbi Kaunti" klubunda çıxış edən Türkiyə millisinin sabiq futbolçusu Kolin Kazım irqçiliyə məruz qalıb.

35 yaşlı hücumçu Çempionşipdə XXXIII turun "Nottingem Forest"lə matçından sonra təzyiqlərlə üzləşib.

1:1 hesablı heç-heçə ilə yekunlaşan görüşün ardından sosial şəbəkələrdə Kolin Kazıma pakistanllılar üçün pis ifadə hesab edilən "paki" yazılıb. Forvard açıqlamasında bunun üçün üzüldüyünü vurğulayıb. Türkiyə Futbol Federasiyasına məxsus milli komandanın rəsmi tvitter hesabı Kazımın yanında olduqlarını bildirib.

"Derbi Kaunti" da məsələ biganə yanaşmayıb. Klub paylaşımında idmanda və cəmiyyətdə irqçiliyə yer olmadığını diqqətə çatdırıb.

Qeyd edək ki, Türkiyədə "Fənəarbağça" və "Qalatasaray"ın formasını geyinmiş Kolin Kazım 2007 - 2015-ci illərdə Türkiyə yığmasında çıxış edib./report

Xəbər lenti