Xəzər Xəbər

Kloppun əvəzinə Cerrard

İdman | 14:39 • 28 Fevral 2021
Kloppun əvəzinə Cerrard

"Liverpul" Almaniya millisinin baş məşqçisi təyin olunacağı gözlənilən Yürgen Kloppa əvəzləyici axtarır.

"Mirror" xəbər verir ki, "qırmızılar" almaniyalı mütəxəssisin yerinə Şotlandiyanın "Reyncers" klubunun çalışdırıcısı Stiven Cerrardı düşünür.

Əgər Klopp yığmanın təklifini qəbul edərsə, mersisaydlılar əfsanəvi futbolçusunu komandanın baş məşqçisi təyin etmək üçün danışıq aparacaq.

Cerrard 1998-2015-ci illərdə "Liverpul"da çıxış edir. 40 yaşlı mütəxəssis 2018-ci ildən "Reyncers"i çalışdırır. Qlazqo təmsilçisi onun rəhbərliyi ilə bu mövsüm Avropa Liqasında 1/8 finala yüksəlib, Şotlandiya Premyer Liqasında isə çempionluğa yaxındır.

Xəbər lenti