Xəzər Xəbər

Avropa Liqası: 1/8 finalın püşkü atıldı

İdman | 16:29 • 26 Fevral 2021
Avropa Liqası: 1/8 finalın püşkü atıldı
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
 
XəzərXəbər xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə bu raundda üz-üzə gələcək cütlüklər bəlli olub.
 
"Qarabağ"la A qrupunda mübarizə aparmış İspaniya "Vilyarreal"ı 1/8 finalda Ukraynanın "Dinamo" (Kiyev) klubuna rəqib olub. İngiltərənin "Mançester Yunayted" komandası isə bu mərhələdə İtaliya "Milan"ı ilə üz-üzə gələcək.
 
Avropa Liqası
 
1/8 final mərhələsinin cütlükləri
 
"Ayaks" (Niderland) - "Yanq Boyz" (İsveçrə)
 
"Dinamo" Kiyev (Ukrayna) - "Vilyarreal" (İspaniya)
 
"Roma" (İtaliya) - "Şaxtyor" Donetsk (Ukrayna)
 
"Olimpiakos" (Yunanıstan) - "Arsenal" (İngiltərə)
 
"Dinamo" Zaqreb (Xorvatiya) - "Tottenhem" (İngiltərə)
 
"Mançester Yunayted" (İngiltərə) - "Milan" (İtaliya)
 
"Slaviya" Praqa (Çexiya) - "Reyncers" (Şotlandiya)
 
"Qranada" (İspaniya) - "Molde" (Norveç)
 
Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 11-də, cavab matçları isə bir həftə sonra keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55 və 24:00-da start götürəcək.

Xəbər lenti