Xəzər Xəbər

Ançelotti qalır, ya gedir?

"Everton"un baş məşqçisi Karlo Ançelotti klubdakı gələcəyi haqda danışıb.
İdman | 16:12 • 26 Fevral 2021
Ançelotti qalır, ya gedir?

"Everton"un baş məşqçisi Karlo Ançelotti klubdakı gələcəyi haqda danışıb.

XəzərXəbər qol.az-a istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis Premyer Liqa təmsilçisində uzun müddət çalışmaq istədiyini deyib:

"Mümkün qədər "Everton"da qalmağı düşünürəm. Yeni stadionun açılacağı anı yaşamaq istəyirəm. Bu mənim üçün yaxşı bir nailiyyət olacaq.

Məncə müqaviləm sona çatanadək klubla yaxşı işlər görəcəyiksə, yollarımızı ayırmaq ehtimalı yoxdur. Çox güman ki, mənimlə davam edəcəklər".

Qeyd edək ki, Ançelottinin "Everton"la hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.

Xəbər lenti