Xəzər Xəbər

Avropa Liqasında 1/8 finalın püşkü atılır

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
İdman | 15:05 • 26 Fevral 2021
Avropa Liqasında 1/8 finalın püşkü atılır

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

XəzərXəbər xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərindəki Avropa futbol evində təşkil olunacaq.

Mərasim Bakı vaxtı ilə 16:00-da başlayacaq. 1/16 final səddini adlayan komandalar 8 cüt təşkil edəcək.

Kor püşk bütün komandaları bir-biri ilə rəqib edə bilər. Püşkatma zamanı səbətlərə bölünməsi və eyni ölkə təmsilçiləri ayrılmayacaq.

 “Milan” (İtaliya)
“Ayaks” (Niderland)
“Arsenal” (İngiltərə)
“Dinamo” (Z, Xorvatiya)
“Dinamo” (K, Ukrayna)
“Qranada” (İspaniya)
“Mançester Yunayted” (İngiltərə)
“Molde” (Norveç)
“Olimpiakos” (Yunanıstan)
”Reyncers” (Şotlandiya)
“Roma” (İtaliya)
“Şaxtyor” (Ukrayna)
“Slaviya” (Çexiya)
“Tottenhem” (İngiltərə)
“Vilyarreal” (İspaniya)
“Yanq Boyz” (İsveçrə)

1/8 final mərhələsinin ilk oyunları martın 11-də, cavab görüşləri 18-də keçiriləcək.

Xəbər lenti