Fevralın 25-də UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin bütün iştirakçıları məlum olacaq.
Turnirin onaltıdabir final mərhələsinin cavab oyunlarının yeddisi Bakı vaxtı ilə saat 21:55-də, səkkizi isə gecə saat 12-də başlayacaq.
İtaliyanın “Milan” klubu doğma azarkeşlər önündə Serbiyanın “Srvena Zvezda” komandasını qəbul edəcək. Bir həftə əvvəl Serbiyada oynanılan görüş 2:2 hesabı ilə başa çatıb.
“Qarabağ” klubunun yer aldığı A qrupunun lideri kimi pley-offa yüksəlmiş İspaniyanın “Vilyarreal” klubu Avstriyada 2:0 hesabı ilə məğlub etdiyi “Zaltsburq” ilə bu dəfə doğma meydanda üz-üzə gələcək. İsrailin “Makkabi” komandası isə Ukraynada “Şaxtyor” ilə qarşılaşacaq. Təl-Əviv təmsilçisi ilk görüşdə Donetsk klubuna uduzub - 0:2.
Günün digər görüşləri aşağıdakılardır:
“Ayaks” (Niderland) - “Lill” (Fransa) - ilk oyun - 2:1;
“Napoli” (İtaliya) - “Qranada” (İspaniya) - 0:2;
“Hoffenhaym” (Almaniya) - “Molde” (Norveç) - 3:3;
“Reyncers” (Şotlandiya) – “Antverpen” (Beçlika) - 4:3;
“Arsenal” (İngiltərə) - “Benfika” (Portuqaliya) - 1:1;
“Brügge” (Belçika) – “Dinamo Kiyev” (Ukrayna) - 1:1;
“PSV” (Niderland) - “Olimpiakos (Yunanıstan) - 2:4;
“Bayer” (Almaniya) - “Yanq Boyz” (İsveçrə) - 3:4;
“Dinamo Zaqreb” (Xorvatiya) - “Krasnodar” (Rusiya) - 3:2;
“Roma” (İtaliya) - “Braqa” (Portuqaliya) - 2:0;
“Lester Siti” (İngiltərə) - “Slaviya Praqa” (Çexiya) - 0:0;
“Mançester Yunayted” (İngiltərə) - “Real Sosyedad” (İspaniya) - 4:0.
Qeyd edək ki, səkkizdəbir finalın ilk iştirakçısı artıq bəllidir. Ötən gün İngiltərədə Avstriyanın “Volfsberq” komandasını 4:0 hesabı ilə məğlub edən “Tottenhem” iki görüşün nəticəsinə (8:1) əsasən, adını növbəti mərhələyə yazdırıb.