Xəzər Xəbər

"Çelsi"nin transfer büdcəsi açıqlandı - Fantastik məbləğ

"Çelsi"nin yayda transferlərə xərcləmək istədiyi məbləğ açıqlanıb.
İdman | 15:46 • 24 Fevral 2021
"Çelsi"nin transfer büdcəsi açıqlandı - Fantastik məbləğ
"Çelsi"nin yayda transferlərə xərcləmək istədiyi məbləğ açıqlanıb.
 
"Tuttomercato" xəbər verir ki, klubun sahibi Roman Abramoviç üçün əsas məqsəd Çempionlar Liqasını qazanmaqdır. Buna görə də o, komandaya potensiallı yeni oyunçular almağın tərəfdarıdır. London təmsilçisi yayda futbolçuların keçidi üçün 300 milyon avro xərcləməyə hazırdır.
 
"Zadəganlar"ın əsas transfer hədəfi isə Dortmund "Borussiya"sından Erlinq Haalanddır.
 
Xatırladaq ki, bundan əvvəl mediada Haalandın "Borussiya"dan 90 milyon avroluq yeni müqavilə istəməsi haqda xəbərlər yayılmışdı./Fanat.Az 

Xəbər lenti