Xəzər Xəbər

Çempionlar Liqasının final mərhələsi Belarusdan alınaraq başqa ölkəyə verilib

İdman | 10:04 • 24 Fevral 2021
Çempionlar Liqasının final mərhələsi Belarusdan alınaraq başqa ölkəyə verilib

Futzal üzrə Çempionlar Liqasının 2020/2021-ci il mövsümünün final mərhələsi Belarusdan alınaraq Xorvatiyaya verilib.

Xezerxeber.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.

Bu addım Belarusdakı epidemioloji vəziyyət və ölkəyə mövcud səyahət məhdudiyyətləri nəzərə alınaraq atılıb.

Qeyd edək ki, Çempionlar Liqasının final mərhələsi aprelin 28-dən mayın 3-dək Zaqrebdə təşkil olunacaq.

Xəbər lenti