Xəzər Xəbər

UEFA Çempionlar Liqasının daha iki qarşılaşması keçirilib.

İdman | 10:00 • 24 Fevral 2021
UEFA Çempionlar Liqasının daha iki qarşılaşması keçirilib.

Fevralın 24-də futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki qarşılaşması keçirilib.

Xezerxeber.az xəbər verir ki, pandemiya səbəbindən Rumıniyanın paytaxtı Buxarestdə baş tutan görüşdə İspaniya çempionatının lideri “Atletiko Madrid” klubu öz meydanında Londonun “Çelsi” klubunu qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə “Çelsi” minimal hesabla qələbə qazanıb. Oyunda yeganə qolun müəllifi 71-ci dəqiqədə Olivye Giru olub.

Gecənin ən məhsuldar qarşılaşması İtaliyanın “Olimpiko” stadionunda qeydə alınıb. Turnirin son qalibi “Bavariya” səfərdə “Latsio” komandasının qonağı olub. Görüş Münxen təmsilçisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1. “Bavariya”nın heyətində Robert Levandovskiy, Camal Musiala, Leroy Sane, Françesko Açerbi (avtoqol) fərqləniblər. “Latsio”nun isə yeganə qoluna Xoakin Korrea imza atıb.

Bu komandaların cavab görüşü martın 18-də keçiriləcək.

Xəbər lenti