Xəzər Xəbər

Donnarumma Buffonun rekordunu yenilədi

"Milan" qapıçısı Canluici Donnarumma "Yuventus"un qolkiperi Canluici Buffonun rekordunu yeniləyib.
İdman | 14:44 • 22 Fevral 2021
Donnarumma Buffonun rekordunu yenilədi

XəzərXəbər qol.az-a istinadən xəbər verir ki, o, buna A seriyasının 22-ci turunda "İnter"lə görüşdə (0:3) nail olub. 21 yaş 361 günlüyündə olan qapıçı yerli çempionatda 200-cü oyununa çıxıb. Beləliklə, Donnarumma 200 matç həddinə çatan ən gənc qolkiper olub.

İndiyədək ən yaxşş göstərici "Yuventus"un qapıçısı Canluici Buffona məxsus idi- 24 yaş 84 gün.

Qeyd edək ki, Donnarumma A seriyasında debüt matçına 2015-ci il oktyabrın 25-də çıxıb.

Xəbər lenti