Fevralın 21-də İspaniya La Liqasının 24-cü turunun növbəti oyunu keçirilib.
Xezerxeber.az xəbər verir ki, “Barselona” öz meydanında “Kadiz” klubunu qəbul edib. “Nou Kamp” stadionunda baş tutan görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.
Bu nəticədən sonra xal ehtiyatını 47-ə çatdıran “Barselona” turnir cədvəlində üçüncü yerdə, “Kadiz” isə 25 xalla 14-cü yerdə qərarlaşıb.