Azərbaycan kubokunda 2020/21 mövsümünə start verilir.
İlk gün bir oyun keçiriləcək. "Səbail” "ASCO Arena”da I Divizion təmsilçisi "Zaqatala” ilə qarşılaşacaq.
Cütün qalibi növbəti mərhələdə "Sumqayıt”a rəqib olacaq.
1/8 finalın digər 3 oyunu yanvarın 25-də keçiriləcək.
24 yanvar (bazar)
"Səbail” – "Zaqatala”
Hakimlər: Namiq Bəkirov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
"ASCO Arena”, 15:00
Sportal.az