Bakı 1 ℃
Xəzər Xəbər
USD 1.7

“Qalatasaray” “Torino”nun hücumçusunu aldı

İdman | 204 | 16:52, 22 Yanvar
“Qalatasaray” “Torino”nun hücumçusunu aldı

Transfer çalışmalarını sürətləndirən "Qalatasaray" hücum xəttini daha bir futbolçu ilə gücləndirib.


XəzərXəbər apasport.az-a istinadla bildirir ki, Halil Dərvişoğludan sonra "cim-bom" "Torino"nun forvardı Simone Zaza ilə anlaşıb.


Klublar arasında danışıqların artıq müsbət yekunlaşdığı və Zazanın mövsümün ikinci yarısını icarə əsasında İstanbul klubunda keçirəcəyi bildirilib. "Bolonya"nın təklifini qəbul etməyən 30 yaşlı forvard özü də "cim-bom"la şəxsi müqaviləni razılaşdırıb.


Qeyd edək ki, Radamel Falkao ilə yollarını ayırmağı planlaşdıran "Qalatasaray" "Başakşəhər"dən İrfan Canı, "Monako"dan isə Henri Onyekurunu heyətinə qatmağa yaxındır.

Çox oxunanlar