Xəzər Xəbər

"Arsenal" müdafiəçisi ilə vidalaşdı

İdman | 18:18 • 20 Yanvar 2021
"Arsenal" müdafiəçisi ilə vidalaşdı

İngiltərə "Arsenal"ı futbolçusu Sokratis Papastatopulosla yollarını ayırıb.


Klubun rəsmi saytı xəbər verir ki, London təmsilçisi yunanıstanlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.


Qeyd edək ki, 33 yaşlı oyunçu "Arsenal"a 2018-ci ildə Almaniyanın "Borussiya" (Dortmund) klubundan keçmişdi. O, 69 oyunda "topçular"ın formasını geyinib./report

Xəbər lenti