Xəzər Xəbər

Mahir Emreliyə görə “Qarabağ”ın Polşa klubundan istədiyi məbləğ bilindi - FOTO

İdman | 11:44 • 20 Yanvar 2021
Mahir Emreliyə görə “Qarabağ”ın Polşa klubundan istədiyi məbləğ bilindi -

Millimizin və "Qarabağ”ın futbolçusu Mahir Emreli Polşanın "Zaqvembye” klubundan təklif alıb.

Polşalı idman jurnalisti Pyotr Kozminski "Twitter” hesabındakı açıqlamada transferin detalı haqqında məlumat verib.

"Eşitdiyimə görə, "Zaqvembye” ona çox yaxşı müqavilə təklif edir. Ancaq hazırda yaya qədər müqaviləsi olan "Qarabağ” Azərbaycan millisinin hücumçusuna görə 200 min avro transfer məbləği istəyir”, - deyə o bildirib.

Qeyd edək ki, "Qarabağ” rəsmiləri mətbuata açıqlamasında onlara rəsmi təklifin gəlmədiyini bildirir. (oxu.az)

Xəbər lenti