Xəzər Xəbər

"Qalatasaray"ın hücumçusuna İngiltərədən şok təklif

İdman | 20:08 • 19 Yanvar 2021
"Qalatasaray"ın hücumçusuna İngiltərədən şok təklif

"Qalatasaray"da bu mövsüm göstərdiyi performansla diqqətləri üzərinə çəkən Mbaye Diagneyə İngiltərə klubundan təklif var.


SkySports xəbər verir ki, "Vest Bromviç" 29 yaşlı hücumçu üçün Türkiyə təmsilçisinə rəsmi təklif göndərib. Mövsümün sonunadək icarə təklif edən "Bromviç" seneqallı futbolçu üçün 2 milyon avro təklif edib. Hazırda turnir cədvəlində sondan ikinci olan klub liqada qalarsa, Diagneni 8 milyon avroya birbaşa satın alacaq.


Təklifin "Cim-Bom" rəhbərliyini maraqlandırdığı bildirilir.


Qeyd edək ki, 2019-cu ildən "Qalatasaray"a keçən Mbaye Diagne ötən mövsümü "Klub Brüqqe"də keçirəndən sonra, yenidən "sarı-qırmızılar"a qayıdıb. /Offsideplus.az

Xəbər lenti