Xəzər Xəbər

Milik Fransa klubuna keçir

İdman | 16:11 • 18 Yanvar 2021
Milik Fransa klubuna keçir

Fransanın "Marsel" klubu İtaliya təmsilçisi "Napoli"nin oyunçusu Arkadiuş Miliki heyətinə qatmağa hazırlaşır.



"RMC Sport" xəbər verir ki, Liqa 1 təmsilçisi polşalı hücumçunu icarəyə götürmək üzrədir. "Marsel" 26 yaşlı futbolçunu 8+3,5 milyon avro qarşılığında transfer etmək hüququna malik olacaq.



Yaxın 2 gün ərzində transferin rəsmiləşəcəyi gözlənilir.



"Napoli" Miliki 2016-cı ildə "Ayaks"dan 32 milyon avroya transfer edib.

Xəbər lenti