Xəzər Xəbər

Özilin "Fənərbaxça"da geyinəcəyi forma nömrəsi müəyyənləşdi

İdman | 16:05 • 18 Yanvar 2021
Özilin "Fənərbaxça"da geyinəcəyi forma nömrəsi müəyyənləşdi

"Fənərbaxça"nın yeni transferi Məsut Özilin komandada geyinəcəyi forma nömrəsi müəyyənləşib.



Almaniya millisinin keçmiş üzvü İstanbul təmsilçisində 67 nömrəli forma altında mübarizə aparacağını sosial hesabında bəyan edib. O, məmləkəti Zonquldak şəhərinin maşın seriyasına uyğun bu seçimi edib.


 

Təcrübəli futbolçu 10 nömrəli formanı istəsə də, bu futbolkada komandanın hücumçusu Mbvana Samatta çıxış edir. 32 yaşlı yarımmüdafiəçi gələn mövsümdən 10 nömrəli formada mübarizə aparacaq.

Xəbər lenti