Xəzər Xəbər

Azərbaycan yığması Millətlər Liqasında son oyununa çıxır

İdman | 09:36 • 17 Noyabr 2020
Azərbaycan yığması Millətlər Liqasında son oyununa çıxır

Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.


Canni De Byazinin başçılıq etdiyi kollektiv VI turda Lüksemburqun qonağı olacaq. "Jozi Bartel" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.


Hazırda 5 xalla 3-cü sırada yer alan milli qrupdan çıxma şansını itirib. Komanda 4 xalla sonuncu yerdə qərarlaşan Kipr seçməsi ilə C Liqasında qalmaq uğrunda mübarizə aparır. Lüksemburq isə 9 xalla 2-ci pilləni tutur.


Azərbaycan millisinin heyətində müdafiəçilər Təmkin Xəlilzadə və Rahil Məmmədov koronavirusa yoluxduqları üçün, Abbas Hüseynov isə zədə səbəbindən oynamayacaq. Lüksemburqda isə Vahid Selimoviç və Dirk Karlson cəzalı olduqları üçün matçı buraxacaqlar. Zədəli Leandro Barreyronun meydana çıxması isə sual altındadır.


Azərbaycan yığması bu komanda ilə Bakıdakı görüşdə rəqibinə 1:2 hesabı ilə uduzub.


17 noyabr


UEFA Millətlər Liqası


VI tur


23:45. Lüksemburq - Azərbaycan

Baş hakim: Feliks Zvayer (Almaniya)

Lüksemburq. "Jozi Bartel" stadionu


Qeyd edək ki, I qrupun digər oyununda Monteneqro millisi evdə Kiprlə üz-üzə gələcək.


Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar