Xəzər Xəbər

Rıza Çalımbay "Qarabağ"la oyundan danışdı

İdman | 11:29 • 2 Noyabr 2020
Rıza Çalımbay "Qarabağ"la oyundan danışdı

"Vilyarreal"la oyunda olduğu kimi, "Makkabi" ilə matçda da bəxtimiz gətirmədi. Zədəli futbolçularımız olduğu üçün əvəzetmə şansımız az idi. Bu baxımdan da çətinlik çəkdik".


Bu fikirləri Türkiyə "Sivasspor"unun baş məşqçisi Rıza Çalımbay "Radyospor"a açıqlamasında komandasının UEFA Avropa Liqasındakı çıxışını dəyərləndirərkən deyib.


57 yaşlı mütəxəssis ardıcıl 2 məğlubiyyətə baxmayaraq, mübarizə apardıqları I qrupundan çıxmaq şanslarının davam etdiyini bildirib: "Qarşıdakı oyunlara baxmalıyıq. Bizi hələ 4 qarşılaşma gözləyir. "Makkabi"ni İsraildə udacağımızı düşünürəm. Həmçinin "Qarabağ"a qalib gələrək, qrupda ilk xallarımızı qazanmaq istəyirik".


Qeyd edək ki, noyabrın 5-də keçiriləcək "Sivasspor" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq./report

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti