Xəzər Xəbər

“Qarabağ” bu gün Norveçin “Molde” komandası ilə qarşılaşacaq

İdman | 09:10 • 16 Sentyabr 2020
“Qarabağ” bu gün Norveçin “Molde” komandası ilə qarşılaşacaq

Bu gün Ağdamın "Qarabağ” klubu UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün III təsnifat mərhələsi çərçivəsində Norveçin "Molde” komandası ilə qarşılaşacaq.


Xezerxeber.az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüş Kiprdəki "AEK Arena”da stadionunda olacaq.


Bu oyunun qalibi koronavirus pandemiyası səbəbindən yeni reqlamentə görə, bir oyunla məlum olacaq.


Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edəcək.


Oyunun baş hakimi Scran Yovanoviç olacaq.


Ağdamlılar I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks” klubu (4:0), II təsnifat mərhələsində isə Moldovanın "Şerif” komandasını mübarizədən kənarlaşdırıb - 2:1.


"Molde” isə Finlandiyanın KUPS (5:0) və Sloveniyanın "Cele” klublarından güclü olub - 2:1.


Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Dinamo” (Zaqreb, Xorvatiya) – "Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları sentyabrın 22-23-də və 29-30-da keçiriləcək.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar