Xəzər Xəbər

AFFA Premyer Liqanın 4 klubuna maliyyə yardımı ayırıb

İdman | 15:16 • 30 İyul 2020
AFFA Premyer Liqanın 4 klubuna maliyyə yardımı ayırıb

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib.


Xezerxeber.az-ın məlumatına görə, yığıncaq videokonfrans formatında baş tutub.


Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:


1. "Qəbələ” və "Zirə” klublarının müraciətinə əsasən, Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümündə iştirakla əlaqədar AFFA tərəfindən "Qəbələ” klubuna 1.500.000 (bir milyon beş yüz min), "Zirə” klubuna isə 500.000 (beş yüz min) AZN maliyyə yardımı göstərilsin.


2. İclasın gedişində irəli sürülən təklif əsasında Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümündə iştirakla əlaqədar "Sumqayıt” klubuna 300.000 min (üz yüz min), "Səbail” klubuna isə 200.000 (iki yüz min) AZN maliyyə yardımı göstərilsin.


3. Maliyyə yardımı ayrılmış bütün klublar uşaq futbolu ilə bağlı layihələrini davam etdirməklə bağlı öhdəliyi qəbul etsin.


4. AFFA qeyd olunmuş klublara ayrılan maliyyə vəsaitinin audit yoxlamasının aparılması səlahiyyətini özündə saxlayır.


5. AFFA qeyd olunmuş klublara ayrılan maliyyə vəsaitinin sərf olunacağı prioritet istiqamətin uşaq və gənclər futbolu olmasını, həmçinin məvaciblərin süni şəkildə artırılmaması şərtilə əsas komandaların heyətində gənclərdən ibarət milli komandalara potensial namizədlərə yer verilməsini tövsiyə edir.


6. AFFA tərəfindən ötən mövsümlərdə Birinci Divizionda iştirakla bağlı maliyyə yardımı göstərilən klublara eyni qaydada növbəti mövsüm üçün də maliyyə yardımı təmin olunsun.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti