Xəzər Xəbər

“Real”ın futbolçusuna 6 milyonluq maaş təklifi – “Bavariya”dan

İdman | 15:19 • 18 İyun 2020
“Real”ın futbolçusuna 6 milyonluq maaş təklifi

Dortmund "Borussiya”sının müdafiəçisi Əşrəf Hakimi karyerasını Almaniyada davam etdirə bilər.


"Borussiya”da icarə əsasında çıxış edən 22 yaşlı futbolçu "Bavariya”nın diqqət mərkəzinə düşüb.


Münhen təmsilçisi müqavilə ilə "Real”a məxsus olan Mərakeş millisinin üzvü ilə danışıqlara da başlayıb. Düzdür, Hakimi mövsümün sonunda İspaniyaya qayıdaraq "kral klubu”nun düşərgəsinə qoşulacaq. "Real” rəhbərliyi onu yalnız 60 milyon avroya satmağa razılıq verəcək. "Bavariya” oyunçunun özünə isə illik 6 milyon avro maaş təklif edib.


Qeyd edək ki, "Real” akademiyasının yetirməsi olan Əşrəf Hakimi 2017-ci ildə əsas komandaya cəlb edilib./Apasport.az

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti