Xəzər Xəbər

"Napoli" Kulibalinin transferində güzəştə getməyəcək

İdman | 18:03 • 8 İyun 2020
"Napoli" Kulibalinin transferində güzəştə getməyəcək

"Napoli"nin idman direktoru Kristiano Cuntoli komandanın müdafiəçisi Kalidu Kulibalinin satışında güzəştə getməyəcəklərini açıqlayıb.

Klub rəsmisi seneqallı müdafiəçinin qitmərini düşürməyəcəklərini bildirib:

"İnsanlar yayda transfer danışıqlarının fərqli olacağını düşünür. Fikrimcə, bunlar adi bəhanələrdir. Düşünmürəm ki, koronavirusun yaratdığı böhran Kulibali və digər top-futbolçuların qiymətini dəyişsin. Əlbəttə, transfer sxemi dəyişəcək. Klublar daha çox icarəyə götürməyə çalışacaq. Futbol tez zamanda yeni şəraitə uyğunlaşacaq".

Klub rəsmisiArkadiuş Milikin müqaviləsini uzada bilməyəcəkləri halda, polşalı hücumçunu transfer qoyacaqlarını deyib.

Kulibalinin "Napoli" ilə 2023-cü ilin yayına qədər müqaviləsi var. Neapol təmsilçisi 28 yaşlı müdafiəçini 100 milyon avroya satmaq istəyir.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti